...

ÜST daha yoluxucu COVID-19 tipinin aşkarlandığını bildirib

Dünya xəbərləri Materials 20 Dekabr 2020 08:24 (UTC +04:00)
ÜST daha yoluxucu COVID-19 tipinin aşkarlandığını bildirib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Böyük Britaniyada aşkarlanan daha yoluxucu COVID-19 tipi barədə danışıb.

Trend-in məlumatına görə, ÜST öz "Twitter" hesabında yeni SARS-CoV-2 koronavirus ştammını şərh edib.

Təşkilat bidirib: "Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat, təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv-dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti