...

Paşinyan Ermənistanın siyasi qüvvələrini növbədənkənar seçkilərlə bağlı məsləhətləşmələrə dəvət edir

Dünya xəbərləri Materials 25 Dekabr 2020 22:07 (UTC +04:00)
Paşinyan Ermənistanın siyasi qüvvələrini növbədənkənar seçkilərlə bağlı məsləhətləşmələrə dəvət edir

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin siyasi qüvvələrini 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.

Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində qeyd edib.

"Mən parlamenti və qeyri parlament qüvvələri 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsləhətləşmələrə dəvət edirəm. Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postundan yalnız xalqın qərarı ilə ayrılacağam", - Paşinyan yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti