Bakı. Orxan Nəbiyev - Trend:
Yəmənin Ədən şəhərində ard-arda bir neçə partlayış törədilib.
Trend-in məlumatına görə, partlayışlar şəhərin hava limanında baş verib.
Hadisə nəticəsində 5 nəfəri ölüb, yaralananlar var. Qurbanların dəqiq sayı və digər təfərrüatları barədə məlumat hələlik verilməyib.
Qeyd olunur ki, partlayışlar Yəmənin yeni hökumətinin bir neçə nazirinin gəldiyi vaxt törədilib.