Bakı. Trend:
Yunanıstanın paytaxtı Afina şəhərinin Kipseli rayonunda bələdiyyə polisinin binası qarşısında partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 22:30-da baş verən partlayış nəticəsində binaya maddi ziyan dəyib.
İlkin məlumata əsasən, qaz balonlarından hazırlanmış partlayıcı qurğu işə düşüb.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.