...

Tunis Sahil Mühafizəsi açıq dənizdə 20-dən çox qanunsuz miqrantı xilas etdi

Dünya xəbərləri Materials 2 Yanvar 2021 04:07 (UTC +04:00)

Bakı. Trend:

Tunis Sahil Mühafizəsi Sfaks şəhərindən bir neçə kilometr məsafədə açıq dənizdə batan qayıqda olan 22 qanunsuz miqrantı xilas edib.

Trend-in məlumatına görə, bu barədə Business News informasiya portalı bildirib.

Məlumata əsasən, fərqli Afrika ölkələrindən olan miqrantlar Aralıq dənizini keçib İtaliya ərazisinə qanunsuz olaraq girmək üçün Sfaks sahillərindən yola çıxdılar. Lakin sahildən bir neçə kilometr məsafədə qayığa su sızmağa və batmağa başlayıb.

Saxlanılqıdan sonra miqrantlar Sfaks şəhərinə çatdırılıb və əlavə araşdırmalar üçün Tunis Milli Qvardiyasına təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti