...

Rusiyada ali məktəblərə qəbul qaydaları dəyişdirilib

Dünya xəbərləri Materials 6 Yanvar 2021 17:29 (UTC +04:00)
Rusiyada ali məktəblərə qəbul qaydaları dəyişdirilib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada “Ali tədris müəssisələrinə onlayn qəbul” dövlət xidməti işə salınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, bu xidmət vasitəsilə abituriyentlər distant şəkildə ali məktəbə qəbul prosesinin gedişatını izləyə biləcəklər. İzləmə prosesini elektron imza vasitəsilə təsdiq etmək lazım olacaq.

Sənəddə qeyd olunub ki, xidmətin ilkin mərhələsinin məqsədi ali məktəblərə qəbulun keçirilməsini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti