...

Xorvatiyada zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Yanvar 2021 23:04 (UTC +04:00)
Xorvatiyada zəlzələ baş verib

Bakı. Trend:

Xorvatiyada 5,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə "Jutarnji list" qəzeti ölkənin Seysmoloji xidmətinə istinadən bildirib.

Məlumata əsasən, təkanlar bundan əvvəl zəlzələdən zərər çəkmiş Petrinya şəhərində yerli vaxtla saat 18:01-də qeydə alınıb

İlkin məlumatlara görə, zəlzələnin episentri Zaqrebdən 48 km məsafədə yerləşib, burada torpaq titrəmələri də hiss olunurdu.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti