Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,35 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 23 652 nəfər virusa yoluxub, 454 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 355 794 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 60 911 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 731 129 şəxs virusdan sağalıb, 563 754 nəfərin müalicəsi isə davam edir.