...

Kabildə güclü partlayış baş verib

Dünya xəbərləri Materials 10 Yanvar 2021 13:03 (UTC +04:00)
Kabildə güclü partlayış baş verib

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib.

Trend-in "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində biri əhalinin müdafiəsi qüvvələrinin nümayəndəsi olmaqla 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata əsasən, Əfqanıstan hakimiyyəti partlayışda "Taliban" radikal hərəkatını ittiham edib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti