...

Türkiyə "Facebook" və "WhatsApp" barədə araşdırma başladıb

Dünya xəbərləri Materials 11 Yanvar 2021 15:15 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Rəqabət Məsələləri Şurası "Facebook" və "WhatsApp" barəsində araşdırmaya başlayıb.

Trend-in məlumatına görə, bu addım "WhatsApp" rəhbərliyinin yeni qərarı ilə əlaqədar atılıb.

Eyni zamanda, Türkiyədə "WhatsApp"ın istifadəçilərinin şəxsi məlumatlarını "Facebook"la paylaşmaq funksiyası müvəqqəti dayandırılıb.

Qeyd edək ki, bir neçə gün "WhatsApp" messenceri istifadəçilərlə razılaşmanı yeniləyib. Yeni razılaşmaya əsasən, istifadəçilərin şəxsi məlumatları "Facebook"a ötürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti