...

Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 20 Yanvar 2021 19:16 (UTC +04:00)
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

Trend-in "El Pais" qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla təxminən saat 15:00-da qeydə alınıb. Partlayışın təsirindən binanın yuxarı mərtəbələri dağılıb.

İlkin məlumata əsasən, partlayış qocalar evinin yerləşdiyi binada olub. Partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, 4 nəfər isə ölüb.

Qeyd edilir ki, partlayışa səbəb qaz sızması ola bilər.

XXX

18:25

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

Bu barədə Trend "Diario" qəzetinə istinadən xəbər verir.

Partlayışın səbəbi və partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti