...

Filippin və İndoneziyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 21 Yanvar 2021 16:56 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Filippində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Pundagitan şəhərindən 219 kilometr cənub-şərqdə qeydə alınıb.

Yeraltı təkanlar ölkənin iri şəhərlərindən olan Davaoda hiss olunub.

Eyni zamanda, İndoneziyada da 7,1 bal gücündə zəlzələ baş verib.

Hər iki ölkədə hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti