...

Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb

Dünya xəbərləri Materials 25 Yanvar 2021 13:12 (UTC +04:00)
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Qeyd olunur ki, həmin avtomobil səfirliyin əməkdaşlarını daşımaq üçün istifadə olunur.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti