...

Peruda koronavirusun Braziliya ştammı aşkarlandı

Dünya xəbərləri Materials 5 Fevral 2021 05:38 (UTC +04:00)
Peruda koronavirusun Braziliya ştammı aşkarlandı

Bakı. Trend:

Braziliyada yaxın zamanlarda qeydə alınan yeni koronavirus ştammına yoluxmanın ilk halları Peruda aşkarlanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Pilar Massetti Soler bildirib.

"Koronavirusun Braziliya ştammı Lima, Loreto və Uanuko bölgələrində də qeydə alınıb", - nazir deyib.

Xatırladaq ki, Braziliyada koronavirusun bu mutasiya etmiş növü ötən il dekabr ayının sonunda məlum olub, Rio-de-Janeyro ştatında yarandığı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti