...

Yaponiyada ABŞ hərbçilərinin təlimi zamanı yanğın olub

Dünya xəbərləri Materials 11 Fevral 2021 11:35 (UTC +04:00)
Yaponiyada ABŞ hərbçilərinin təlimi zamanı yanğın olub

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyanın mərkəzindəki Yamanasi prefekturasında ABŞ hərbi dəniz piyadalarının təlimi zamanı poliqonda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Qeyd olunur ki, yanğına top atışları zamanı quru otun yanması səbəb olub. Bundan əvvəl, fevralın 4-də və 6-da da poliqonda yanğınlar qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti