...

Türkiyədə peyvəndlənənlərin sayı 6,5 milyonu keçib

Dünya xəbərləri Materials 20 Fevral 2021 10:21 (UTC +04:00)
Türkiyədə peyvəndlənənlərin sayı 6,5 milyonu keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə koronavirusa qarşı peyvəndlənənlərin sayı 6,5 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə vaksinasiya prosesi yanvarın 14-dən başlayıb.

Bu günədək 5,49 milyon nəfərə vaksinin birinci dozası, 1,17 milyon nəfərə isə hər iki dozası vurulub.

Hazırda Türkiyədə 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir. Daha sonra prosesin ikinci mərhələsi başlayacaq.

İkinci mərhələnin əvvəlində əsgər, polis və riskli sahələrdə çalışanlar peyvəndlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti