Bakı. Trend:
İsveçin Vetland şəhərində naməlum şəxs silahla insanlara hücum edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, cinayətkar soyuq silah ilə 8 nəfəri yaralayıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları cinayətkara qarşı odlu silahdan istifadə ediblər.
Bildirilir ki, yaralanan cinayətkar xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.
İlkin məlumata əsasən, insident terror hücumu kimi qiymətləndirilir.