...

"Mercedes-Benz" Braziliyada istehsalı dayandırıb

Dünya xəbərləri Materials 24 Mart 2021 06:21 (UTC +04:00)
"Mercedes-Benz" Braziliyada istehsalı dayandırıb

Bakı. Trend:

Almaniyanın "Mercedes-Benz" avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır.

Trend-in "Globo" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə konsernin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Metalurqçılar birliyi ilə ortaq niyyətimiz, ölkə üçün bu kritik dövrdə insanların hərəkətinin azaldılmasına töhfə vermək, tədarük zəncirində hissələrin tədarükü ilə əlaqədar çətinliklərin öhdəsindən gəlmək və yerli hakimiyyət orqanlarının tətili təxirə salma qərarına əməl etməkdir".

Qeyd edilir ki, avtokonsernin Sau-Bernardu-du-Kampu və Juis-di-Fora şəhərlərindəki zavodalar martın 26-dan aprelin 5-dək bağlanır.

"Mercedes-Benz"in inzibati heyəti məsafədən işə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti