...

ABŞ-da aprelin 2-si 4 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

Dünya xəbərləri Materials 4 Aprel 2021 03:33 (UTC +04:00)
ABŞ-da aprelin 2-si 4 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

Bakı. Trend:

Aprelin 2-si 4 milyon artıq ABŞ vətəndaşı koronavirusa qarşı peyvənd olunub.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Ağ Evdə pandemiya ilə əlaqədar statistikadan məsul olan Sayrus Şapar yazıb.

Onun sözlərinə görə, bu, pandemiya başlayandan bəri qeydə alınan rekord göstəricidir: "Ötən gün 4,08 milyon doza peyvənd vurulub. Bu, ABŞ-da 4 milyon və ya daha çox peyvəndin vurulduğu ilk gündür".

S.Şapar qeyd edib ki, ABŞ-da son bir həftə ərzində hər gün orta hesabla 3 milyondan çox peyvənd vurulub, bu da rekord göstərici sayılır.

Qeyd edək ki, hazırkı dövrədək ABŞ-da 161 milyondan artıq peyvənd vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti