...

ABŞ səfiri Rusiyanı tərk edib

Dünya xəbərləri Materials 22 Aprel 2021 11:32 (UTC +04:00)
ABŞ səfiri Rusiyanı tərk edib

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ölkəni tərk edib.

Trend-in məlumatına görə, səfir məsləhətləşmələr keçirmək üçün Vaşinqtona yola düşüb.

Qeyd edək ki, ötən həftə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək 10 rusiyalı diplomatı ölkədən çıxardığını elan etmişdi.

Buna cavab olaraq Rusiya ötən gün ABŞ-ın 10 diplomatını persona-non qrata elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti