...

Koronavirusun Hindistan mutasiyası anticisimlərə dayanıqlıdır - ÜST

Dünya xəbərləri Materials 27 Aprel 2021 20:06 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanda aşkar olunmuş koronavirus mutasiyaları yoluxmuş şəxslərdə yaranan anticisimlərə qarşı dayanıqlıdır.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Hindistanda ötən ilin dekabrında toplamış nümunələr üzərindən aparılan araşdırmalar bu mutasiyanın həm yoluxub sağalmış şəxslərdə, həm də peyvəndlənmiş şəxslərdə anticisimlərə dayanıqlığını müəyyən edib.

Bundan başqa, Hindistan mutasiyasının koronavirusun digər növləri kimi yüksək yoluxuculuq səviyyəsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti