...

BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb

Dünya xəbərləri Materials 13 May 2021 07:05 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterrreş dinc sakinləri qorumaq məqsədi ilə Fələstin və İsrail arasındakı münaqişənin deeskalasiyasına nail olmağa çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunları baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfrasında deyib.

A.Quterreş bildirib: "Biz indi tamamilə qəbuledilməz şəraitdə ölən dinc sakinlərin həyatlarını qorumaq üçün münaqişənin deeskalasiyasına nail olmalıyıq".

BMT-nin baş katibi S.Lavrovla Suriya, Liviya, Əfqanıstan və Yəməndəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsinin eskalasiyası da daxil olmaqla regional və beynalxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti