...

İsveçrədə hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 May 2021 13:25 (UTC +04:00)
İsveçrədə hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Orxan Nəbiyev - Trend:

İsveçrədə Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə zamanı təyyarənin pilotu katapult edərək xilas ola bilib.

Qeyd olunur ki, hadisə təlim uçuşu zamanı baş verib. Qəzaya uğrayan F-5 təyyarəsi F/A-18 təyyarəsi ilə birgə təlim tapşırıqları yerinə yetirirdi.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti