...

Kamerunun Şimal bölgəsində fırtına baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 17 İyun 2021 00:52 (UTC +04:00)
Kamerunun Şimal bölgəsində fırtına baş verib, ölən və yaralananlar var

Bakı. Trend:

Kamerunun Şimal bölgəsinin Benoue departamentini bürüyən fırtına nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Trend-in "Xinhua"a istinadən verdiyi xəbərə görə, Benoue departamentinin prefekti Umaru Vabi jurnalistlərə açıqlamasında faciənin şiddətli küləyin nəticəsində, köhnə bir ağacın kökündən qoparaq, beş nəfərin olduğu bir avtomobilin üzərinə düşməsi ilə baş verdiyini bildirib.

Fırtına evlər də daxil olmaqla infrastrukturu dağıdıb. Yerli hakimiyyət orqanları sakinlərdən evdə qalmağı xahiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti