...

İsveç vaksinasiya barədə sertifikatsız ölkəyə giriş qadağasını uzadıb

Dünya xəbərləri Materials 21 İyun 2021 04:43 (UTC +04:00)
İsveç vaksinasiya barədə sertifikatsız ölkəyə giriş qadağasını uzadıb

Bakı. Trend:

İsveç hökuməti Avropa İttifaqı və Avropa İqtisadi Zonasından İsveçə səyahət qadağasının uzadılmasına qərar verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, istisnalar vaksinasiya sertifikatı, koronavirus üzrə cavabı mənfi olan test nəticəsi və ya antitellərin mövcudluğu barədə sənədi olan şəxslərə aid edilir.

Qadağanın uzadılması iyunun 30-u qüvvəyə minir və avqustun 31-dək qüvvədə olacaq. Danimarka, Finlandiya, İslandiya və Norveç sakinləri üçün ölkəyə giriş məhdudiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti