...

Çinin şimal-qərbində zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 İyun 2021 07:09 (UTC +04:00)
Çinin şimal-qərbində zəlzələ baş verib

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin seysmoloji xidmətindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri əhalisi 2,7 milyondan ibarət Aksu dairəsində, Kuça şəhər mahalı yaxınlığında olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti