...

Bayden İraqın baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 17 İyul 2021 05:08 (UTC +04:00)
Bayden İraqın baş naziri ilə görüşəcək

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden iyulun 26-sı İraqın baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, görüş ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək.

Bildirilir ki, görüşün keçiriləcəyi barədə məlumatı Vaşinqton administrasiyasının nümayəndəsi təsdiq edib. Lakin Ağ Evin məbuat xidməti bu barədə açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti