...

İsraildə 60 yaşdan yuxarı insanlara üçüncü doz peyvəndinin vurulması üçün kampaniya başlayıb

Dünya xəbərləri Materials 30 İyul 2021 02:12 (UTC +04:00)
İsraildə 60 yaşdan yuxarı insanlara üçüncü doz peyvəndinin vurulması üçün kampaniya başlayıb

Bakı. Trend:

İsraildə ABŞ-ın "Pfizer" şirkətinin istehsal olan dərmanın üçüncü dozası ilə 60 yaşdan yuxarı insanları koronavirusa qarşı peyvənd etmək üçün milli kampaniyaya start götürülüb.

Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Naftali Bennet elan edib.

Baş nazir qeyd edib ki, İsrailin prezidenti İtsxak Qersoq sabah bu kampaniya çərçivəsində birinci peyvəndə olunacaq:

"İsrail Səhiyyə Nazirliyinin ekspert komissiyası 60 yaşdan yuxarı İsrail vətəndaşları üçün koronavirusa qarşı peyvəndinin üçüncü dozasının vurulması tövsiyəsini rəsmən təsdiqlədi. Üçüncü dozaya ilə vaksinasiya kampaniyasına başlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti