...

Səudiyyə Ərəbistanı avqustun 1-dən koronavirusa qarşı peyvənd olunmuş turistlərin girişinə icazə verəcək

Dünya xəbərləri Materials 30 İyul 2021 07:51 (UTC +04:00)
Səudiyyə Ərəbistanı avqustun 1-dən koronavirusa qarşı peyvənd olunmuş turistlərin girişinə icazə verəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Səudiyyə Ərəbistanı turist vizası sahiblərinə krallıqda təsdiq edilmiş koronavirusa qarşı hər hansı bir peyvəndinin iki dozasını vurduqları halda 1 avqustdan etibarən ölkəni ziyarət etməsinə icazə verəcək.

Trend-in məlumatına görəö, bu barədə ölkənin Turizm Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Nazirlik qeyd edib: "1 avqust 2021 ci ildən etibarən [koronavirusa qarşı] peyvənd edilmiş turist vizası sahiblərinin krallığa giriş məhdudiyyəti götürüləcək. Onlar immunizasiya sertifikatı təqdim edildikdən sonra məcburi karantindən keçməli olmayacaqlar".

Bildirilib ki, turistlərin Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat əvvəl COVID-19 ilə bağlı PCR testin verilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti