...

Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib (VİDEO)

Dünya xəbərləri Materials 5 Avqust 2021 13:16 (UTC +04:00)
Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.

Trend-in məlumatına görə, KARGO-150 çoxpərli PUA 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir.

PUA "Aselsan" və "Altınay Savunma" şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə biləcək.

Qeyd olunur ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır.

PUA əsasən, hərbi yüklərin, silah-sursat, eləcə də yanacağın əsgərlərə çatdırılması üçün nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti