...

İranda ötən sutka koronavirusdan 430-dan çox xəstə ölüb

Dünya xəbərləri Materials 5 Avqust 2021 14:16 (UTC +04:00)
İranda ötən sutka koronavirusdan 430-dan çox xəstə ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 38 674 nəfər koronavirusa yoluxub, 434 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 4 057 758 nəfərə, ölənlərin sayı isə 92 628 nəfərə yüksəlib.

Qeyd edək ki, ölkədə 14,4 milyon vaksin vurulub.

Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı,110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti