...

Venesuela rəqəmsal valyuta işə salacaq

Dünya xəbərləri Materials 5 Avqust 2021 19:55 (UTC +04:00)
Venesuela rəqəmsal valyuta işə salacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Venesuela hökuməti oktyabrın 1-dən etibarən rəqəmsal milli valyuta işə salacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı bildirib.

Qeyd olunur ki, rəqəmsal bolivarlarda kağız əskinaslarla müqayisədə 6 sıfır az olacaq.

Eyni zamanda, qeyd olunur ki, rəqəmsal valyutanın tətbiqi bolivarın məzənnəsinə təsir göstərməyəcək

Qeyd edək ki, son bir neçə il ərzində Venesuelada hiperinflyasiya yaşanır. 2019-cu ildə ölkədə inflyasiya səviyyəsi 9 600 faiz, 2020-ci ildə 3 min faizə yaxın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti