...

Kanadada atışma baş verib, ölənlər var

Dünya xəbərləri Materials 9 Avqust 2021 02:21 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Toronto şəhərində atışma baş verib.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, atışmaya səbəb bir neçə nəfərin arasında mübahisənin baş verməsi olub.

Məlumata əsasən, atışma nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, ölənlər 28 və 43 yaşında kişilərdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti