...

"Taliban" vaksinasiyanı qadağan edib

Dünya xəbərləri Materials 13 Avqust 2021 20:26 (UTC +04:00)
"Taliban" vaksinasiyanı qadağan edib

Bakı. Orxan Nəbiyev - Trend:

"Taliban" hərəkatı Əfqanıstanın şərqində nəzarəti ələ keçirdiyi Paktiya əyalətində koronavirusa qarşı vaksinasiyanı qadağan edib.

Trend-in məlumatına görə, bu barədə əyalətin səhiyyə departamentinin rəhbəri Vilayət Xan Əhmədzay deyib.

O bildirib ki, "Taliban" ötən həftə Paktiyanı ələ keçirəndən sonra regional xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti