...

Rusiyanın yanğınsöndürən təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Avqust 2021 17:23 (UTC +04:00)
Rusiyanın yanğınsöndürən təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb

Bakı. Trend:

Türkiyədə Rusiyanın Be-200 yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarə Muğla vilayətində baş verən yanğınların söndürülməsində iştirak edib. Bildirilir ki, təyyarə su götürdükdən sonra lazımi hündürlüyü toplaya bilməyib və qayaya çırpılıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, göyərtədə 8 nəfər olub: 5 rus hərbçisi və 3 Türkiyə nümayəndəsi. Ekipaj üzvlərindən heç kim xilas olmayıb.

Xəbər lenti

Xəbər lenti