...

İstanbulda skuterlərin hərəkəti ilə bağlı məhdudiyyətlər tətbiq edilib

Dünya xəbərləri Materials 28 Avqust 2021 15:03 (UTC +04:00)
İstanbulda skuterlərin hərəkəti ilə bağlı məhdudiyyətlər tətbiq edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin İstanbul şəhərində elektrik skuterlərin istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Trend-in məlumatına görə, yeni qərara əsasən, 15 yaşından aşağı şəxslərə skuter icarəyə götürmək qadağan olunur.

Bundan başqa, nəqliyyat vasitələlərinin sürət həddi 25 kilometr/saatdan 15 kilometr/saatadək endirilib.

Eyni zamanda, skuterləri məktəb, xəstəxana, tarixi binaların qarşısında park etmək qadağan olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti