...

Suriyada iki türk hərbçisi həlak olub

Dünya xəbərləri Materials 11 Sentyabr 2021 12:59 (UTC +04:00)
Suriyada iki türk hərbçisi həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Suriyanın şimalındakı İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirən hərbçiləri hücuma məruz qalıb.

Trend-in məlumatına görə, hücum nəticəsində 2 hərbçi həlak olub. Daha 3 nəfərin yaralandığı bildirilib.

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyanın Əl-Bab şəhərində daha bir türk hərbçisi həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti