...

Niderlandın xarici işlər naziri Əfqanıstana görə istefa verib

Dünya xəbərləri Materials 17 Sentyabr 2021 14:06 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Niderlandın xarici işlər naziri Siqrid Kaaq istefa verib.

Trend-in məlumatına görə, ölkə parlamentinin deputatları Əfqanıstan böhranı ilə əlaqədar hökuməti ləng reaksiya verməkdə ittiham edib.

Deputatların fikrincə, Niderland Xarici İşlər Nazirliyi Kabildəki vəziyyətin kəskinləşməsinə gec reaksiya verib və həyatı təhlükədə olan əfqanların təxliyəsi üçün zəruri addımlar atmayıb.

Nazir Niderland hökumətinin Əfqanıstandakı böhranla əlaqədar yanlış təxminlər əsasında fəaliyyət göstərdiyini etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti