...

Türkiyə hərbçiləri daha 11 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 23 Sentyabr 2021 18:35 (UTC +04:00)
Türkiyə hərbçiləri daha 11 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgədə fəaliyyət göstərən birləşmələri PKK/YPG terror təşkilatına növbəti dəfə ağır zərbə vurublar.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türk ordusu birliklərinin yerləşdiyi əraziyə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib. Qabaqlayıcı tədbir nəticəsində 11 nəfər PKK/YPG terrorçusu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti