...

ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 01:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinin (FDA) mütəxəssisləri "Pfizer/BioNTech" vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq etməyə çağırıblar.

Trend xəbər verir ki, qərarı komissiyanın 17 üzvü dəstəkləyib. Yaxın vaxtlarda ekspertlərin tövsiyəsi FDA rəsmiləri tərəfindən nəzərdən keçiriləcək və müraciətlə bağlı yekun qərarı veriləcək.

Bundan əvvəl, "Pfizer/BioNTech" vaksini 12-15 yaş arası uşaqların peyvənd edilməsi üçün oxşar sertifikatlaşmadan keçmiş, 16 yaş və daha yuxarı olanlarda istifadə üçün təsdiq edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti