...

Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 07:56 (UTC +04:00)
Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq

Bakı. Trend:

Yaponiya hökuməti ölkədə təhsil alan əcnəbi tələbələrin müdafiə əhəmiyyətli və ya milli təhlükəsizliyin təmini ilə bağlı ola biləcək texnologiyalara çıxışını məhdudlaşdırmaq niyyətindədir.

Trend-un məlumatına görə, bildirilir ki, yapon universitetləri əcnəbi tələbələrə ölkə üçün mühüm əhəmiyyət kəsb edən texnologiyalarla bağlı təhsil proqramlarına çıxış verməzdən əvvəl Sənaye Nazirliyindən icazə almalı olacaqlar.

Qanunvericiliyə müvafiq dəyişikliklərin bu ilin sonuna kimi ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə Tokio universitetində oxuyan çinli tələbə Honq-Konqdan keçməklə Çinə təyyarələr üçün infraqırmızı kamera keçirərək qüvvədə olan qanunları pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti