...

Avropa İttifaqı müntəzəm hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 15 Noyabr 2021 11:43 (UTC +04:00)
Avropa İttifaqı müntəzəm hərbi təlimlər keçirəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) 2023-cü ildə özünün tarixdə ilk hərbi təlimlərini keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın "El Pais" qəzeti yazır. Qeyd olunur ki, bu barədə Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasında deyilir.

Sənədə əsasən, 2023-cü ildən başlayaraq Avropa İttifaqının müntəzəm hərbi təlimlərinin, o cümlədən hərbi-dəniz təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazınadək qəbul oluna biləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti