...

Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb

Dünya xəbərləri Materials 6 Dekabr 2021 19:43 (UTC +04:00)
Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Sinqapurun "BioAcumen Global" biotexnologiya şirkəti koronavirusun "omikron" ştammını müəyyən edə bilən test hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə layihənin müəllifləri bildiriblər.

Qeyd olunub ki, yeni testlər üç mümkün nəticə təqdim edə bilər.

Hazırda testi müsbət nəticələnən şəxslərin "omikron" ştammının müəyyən olunması üçün bir gün tələb olunur.

Şirkət bildirir ki, artıq testlərin kütləvi istehsalı başlayıb. Hazır testlər ilk olaraq Sinqapurun giriş-çıxış məntəqələrində istifadə olunacaq.

Qeyd edək ki, hazırda Sinqapurda üç nəfərdə "omikron" ştammı aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti