...

Kanadada yük qatarının 39 vaqonu relsdən çıxıb

Dünya xəbərləri Materials 7 Dekabr 2021 03:58 (UTC +04:00)
Kanadada yük qatarının 39 vaqonu relsdən çıxıb

Bakı. Trend:

Kanadanın Alberta əyalətində yük qatarının 39 vaqonu relsdən çıxıb.

Trend bu barədə "CBC" telakanalına istinadən xəbər verir.

Məlumata əsasən, insident əyalətin cənub-şərq hissəsində yerləşən Ensayn yaşayış məntəqəsi yaxınlığında baş verib.

"Canadian Pacific Railway" şirkətinə məxsus qatarın bir neçə vaqonunda daha əvvəl təhlükəli maddələrin daşındığı məlumdur. Qəzadan sonra heç bir sızma aşkar edilməyib.

Bildirilir ki, xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti