...

Venesuela və Belarus arasında ikitərəfli uçuşlar açılacaq

Dünya xəbərləri Materials 18 Dekabr 2021 07:00 (UTC +04:00)
Venesuela və Belarus arasında ikitərəfli uçuşlar açılacaq

Bakı. Trend:

Venesuela və Belarus arasında hava əlaqəsinin yaradılması haqqında saziş imzalanıb.

Trend-in məlumatına görə, bunu Venesuela-Belarus Komissiyasının iclası zamanı Cənubi Amerika ölkəsinin Prezidenti Nikolas Maduro deyib.

"Biz hava nəqliyyatı sahəsində, Belarusla Venesuela arasında hava əlaqəsi haqqında saziş imzaladıq. Belarusun Venesuela vasitəsilə Cənubi Amerika, Latın Amerikası və Karib hövzəsinin digər ölkələri ilə, Venesuelanın isə Belarus vasitəsilə dünya ilə hava əlaqəsi quracaq", - deyə N.Maduro bildirib.

Onun sözlərinə görə, hava əlaqəsinin yaradılması Venesuelaya turist axınının artmasına kömək edəcək.

Dövlət başçısı bildirib ki, Komissiyanın iclası zamanı həmçinin qida məhsullarının istehsalı, ticarət, neft-kimya sahəsində əməkdaşlığa, yük avtomobilləri və kənd təsərrüfatı texnikası istehsalı zavodunun işinin bərpasına dair sənədlər imzalanıb.

"Prezident Aleksandr Lukaşenko və Belarus Venesuelanın tam dəstəyinə və həmrəyliyinə güvənə bilərlər", - deyə N.Maduro əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti