...

Qazaxıstanda xüsusi təhqiqat qrupu yaradılır

Dünya xəbərləri Materials 6 Yanvar 2022 11:22 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş vermiş hadisələrin səbəblərinin araşdırılması, bütün təqsirkarlaırn müəyyənləşdirilərək cinayət və inzibati məsuliyyətə cəlb olunması üçün xüsusi təhqiqat qrupunun yaradılması barədə tapşırıq verib.

Trend-in məlumatına görə, bu barədə prezidentin qərarında deyilir.

Qərara əsasən, səbəblərin araşdırılması, təqsirkarların müəyyənləşdirilməsi üçün Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi və digər səlahiyyətli strukturların nümayəndələrindən ibarət xüsusi təhqiqat qrupu yaradılır.

Bundan başqa, K.Tokayev diplomatik nümayəndəlikləri xarici biznes subyektlərini mühafizəsi barədə tapşırıq verib.

Qazaxıstan XİN-ə digər dövlətlərlə və beynəlxalq təşkilatlarla daimi təmasların təmin olunması tapşırılıb.

Eyni zamanda, Qazaxıstan prezidenti Mərkəzi Banka və Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyinə bankların və digər maliyyə təşkilatlarının fəaliyyətinin bərpası və fasiləsiz işinin təmin olunması üçün tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti