...

Almatıda təhlükəsizlik qüvvələri mərkəzi meydanı və prezident iqamətgahını azad edib

Dünya xəbərləri Materials 6 Yanvar 2022 21:30 (UTC +04:00)
Almatıda təhlükəsizlik qüvvələri mərkəzi meydanı və prezident iqamətgahını azad edib

Bakı. Trend:

Hərbçilər Qazaxıstanın Almatı şəhərində Respublika meydanını tamamilə təmizləyiblər. İğtişaşların bir çox törədən şəxsləri ilk atəşlərdən az sonra qaçıblar.

Trend-in məlumatına görə, şahidlər yaralananların və ölənlərin olduğunu bildirirlər, lakin ölənlərin sayı ilə bağlı rəsmi təsdiq yoxdur.

“Xəbər-24” telekanalının verdiyi məlumata görə, akimat (şəhər administrasiyası) və dövlət başçısının iqamətgahı da terrorçulardan azad edilib.

Meydanda çoxlu sayda hərbi qulluqçu və texnika qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti