...

Almatı aeroportu axşamadək bağlı qalacaq

Dünya xəbərləri Materials 7 Yanvar 2022 11:37 (UTC +04:00)
Almatı aeroportu axşamadək bağlı qalacaq

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhəri hava limanının işinin dayandırılması müddəti yanvarın 7-i saat 21:00-dək uzadılıb.

Trend bu barədə Qazaxıstan KİV-lərinə istinadən məlumat verir.

Hava limanının bu gün günorta saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilirdi.

Qeyd edək ki, ötən gün ölkə prezidenti Kasım-Jomart Tokayev terrorçu qruplaşmaların hava limanını və beş təyyarəni ələ keçirdiyini bildirmişdi.

Qazaxıstanda baş vermiş iğtişaşlarla bağlı Almatı ilə yanaşı, Aktau və Aktobe hava limanları da işini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti