...

Sülhməramlılar Almatı aeroportunu tam nəzarətə götürüblər

Dünya xəbərləri Materials 7 Yanvar 2022 12:09 (UTC +04:00)
Sülhməramlılar Almatı aeroportunu tam nəzarətə götürüblər

Bakı. Trend:

Qazaxıstana cəlb edilmiş KTMT sülhməramlı qüvvələri yerli hüquq-mühafizə orqanları ilə birgə Almatı hava limanı üzərində nəzarəti tam təmin ediblər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Almatı hava limanının axşam saatlarınadək bağlı qalacağı bildirilmişdi.

Eyni zamanda, Qazaxıstanın digər hava limanlarından günorta saatlarından etibarən Atırau, Şımkent, Türküstan, Moskva və Dubay şəhərlərlərinə uçuşların başlayacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti