...

Almatıda qanunsuz aksiyaların 2 minə yaxın iştirakçısı saxlanılıb

Dünya xəbərləri Materials 13 Yanvar 2022 08:19 (UTC +04:00)
Almatıda qanunsuz aksiyaların 2 minə yaxın iştirakçısı saxlanılıb

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda iştiraka, talançılıq və digər cinayətlərə görə 2 minə yaxın insan saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Almatı komendaturasının məlumat mərkəzindən bildiriblər.

"Ümumilikdə 1925 nəfər qanunsuz aksiyalarda iştiraka, talançılığa və digər cinayətlərə görə saxlanılıb. 38 odlu silah və 1486 döyüş sursatı götürülüb", - deyə məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti